Almaniya Federal Statistika İdarəsinin verdiyi açıqlamaya görə, ölkədə hər beş nəfərdən biri tək yaşayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə 17 milyon insan tək yaşayır ki, bu da ölkə əhalisinin 20,6 faizinə bərabərdir.
Almaniyada tək yaşayanların nisbəti 65 yaşdan yuxarı olanlar arasında 34 faiz, 85 yaşdan yuxarı olanlar arasında isə 56 faiz təşkil edib. Tək yaşayan 25-34 yaş arası insanların nisbəti də yüzdə 28 olaraq təyin olunub.
Açıqlamada Almaniyada tək yaşayanların nisbətinin 16,2 faiz olan Avropa Birliyi (Aİ) ölkələrinin orta göstəricisindən yüksək olduğu, yalnız Litva (yüzdə 27), Finlandiya (yüzdə 25,8), Danimarka (yüzdə 24,1), Estoniya (yüzdə 22,3) və İsveçin (yüzdə 22,2) tək yaşayanların nisbətində Almaniyanı geridə qoyduğu qeyd edilib.