Moskva sakini yay korporativ şənliyindən sonra yoxa çıxıb…


Moskva sakini iyulun 12-də Stroqino çimərliyində yay korporativ şənliyindən sonra yoxa çıxıb.

SİA-xəbər verir ki, bu barədə Shot Telegram kanalında məlumat verilib.

Nəşrin məlumatına görə, kişi hadisədən evə qayıtmayandan sonra yaxınları narahat olub.

Şəhər sakininin həmkarları onun hara getdiyini yaxınlarına izah edə bilməyiblər. Artıq işçinin itkin düşdüyü bildirilir. Ola bilsin ki, o, üzməyə gedib və boğulub.

…Bundan əvvəl Primorsk diyarında 16 yaşlı yeniyetmə Ussuri körfəzindəki buxtada suya girərək yoxa çıxıb.

…Bundan əvvəl Dağıstanda dörd yaşlı uşaq çaya düşərək yoxa çıxıb; xilasedicilər onun axtarışını təşkil ediblər.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər