Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub


İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.

SİA-xəbər verir ki, nazirlikdən verilən məlumata görə, görüşdə qarşılıqlı səfərlərin, işgüzar tədbirlərin, imzalanan mühüm sənədlərin Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb.

Dövlət başçısının Çinə səfəri çərçivəsində imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafındakı önəmli rolundan bəhs olunub. Nəqliyyat-tranzit, sənaye, istehsalın lokallaşdırılması, tikinti, ticarət, xidmət sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti haqqında məlumat verilib, sərmayələrin təşviqi, ticarət dövriyyəsinin artırılması kimi məsələlər nəzərdən keçirilib. Tərəflər ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini vurğulayıblar.

Əlaqəli Xəbərlər