…Fransa prezidenti Emmanuel Makron orduya müraciət edərək onları güclü olmağa çağırıb.
SİA-nın məlumatına görə, bu barədə “Kommersant” yazır.
…Üç-dörd ildən sonra Avropa torpaqlarında yüksək intensivlikli münaqişə başlasa, biz buna tab gətirə biləcəyikmi? deyə Fransa lideri özünə “yalnız kifayət qədər güclü olsaq” ifadəsi ilə cavab verib.
O, vurğulayıb ki, bunun üçün ordu lazım olan hər şeylə təchiz edilməli, əsgərlərin, matrosların və pilotların hazırlığı daha da intensiv xarakter almalıdır.
Fransa prezidentinin sözlərinə görə, Rusiya “daimi, hazırlıqlı, mütəşəkkil və uzunmüddətli” təhlükə olaraq qalır.
Nazlı Almuradova