Oradakı ailələrə 500 milyon funt-sterlinqlik dəstək veriləcək


Böyük Britaniya hökuməti İngiltərədəki bütün yerli bələdiyyələrdə ailə dəstək mərkəzlərinin yaradılacağını elan edib. SİA BBC-yə istinadla xəbər verir ki, yeni plan çərçivəsində “Best Start” (Ən Yaxşı Başlanğıc) adlı bu mərkəzlər valideynlərə, gənclərə və aztəminatlı ailələrə dəstək məqsədi daşıyır. 500 milyon funt-sterlinqlik layihə ilə yarım milyon uşağa kömək göstərilməsi hədəflənir. Təhsil naziri Bricet Fillipson bildirib ki, bu təşəbbüs ailələr üçün xilasedici bir vasitə olacaq. Ailə dəstək mərkəzləri valideynlik dəstəyi, doğuş qeydiyyatı, borc məsləhətləri və gənclər üçün klub fəaliyyətlərini əhatə edəcək. 2026-cı ilin aprel ayınadək bu mərkəzlər bütün bələdiyyələrdə, 2028-ci ilin sonunadək isə 1000-dək nöqtədə fəaliyyət göstərəcək.

Əlaqəli Xəbərlər