“Məişət zorakılığına qarşı birlik” adlı layihə Qax şəhərində icra edilib


İyulun 2-də Qax şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığına qarşı birlik” adlı layihə çərçivəsində tədbir keçirilib.

Tədbirdə Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Səriyyə Vəlizadə, şairə Solmaz El qızı, Zaqatala rayon üzrə “Dünya ana və Uşaqlar Birliyinin sədri, Dünyaxəbər-TV nin Zaqatala üzrə nümayəndəsi Xanım Nurullayeva, Dünyaxəbər -TV-nin region üzrə rəhbəri Fərid Surxayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zorakılığına qarşı birlik” adlı layihənin Qax şəhərində keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. Layihə barəsində ümumi məlumatla çıxış edən təşkilat rəhbəri layihəni maliyyələşdirildiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatçılığa görə isə Qax rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.

Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığının növləri, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə müzakirə aparıb. Tədbir interaktiv formada keçmiş, tədbir iştirakçıları məişət zorakılığının dövlət və cəmiyyətin ortaq problemi kimi yanaşılmasının zəruriliyini vurğulayıblar.

Qax şəhərində keçirilən “Məişət zorakılığına qarşı birlik” adlı layihəsi çərçivəsində 9 nəfər şəxsin müraciəti dinlənilib, onlara zəruri hüquqi yardım göstərilib və müraciətlərin hazırlanaraq müvafiq dövlət orqanlarına çatdırılması üçün qeydlər aparılıb.

Sonda tədbirdə göstərdiyi köməyə görə Qax şəhər İcra Hakimiyyətində Aparıçı məsləhətci -Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – Psixoloqu Fərid Muradov, Qax rayon kitabxanasının müdürü Güllü xanıma, Mədəniyyət evinin müdüri Dilarə xanıma təşəkkür olunub.

Mətləb

Əlaqəli Xəbərlər