Finlandiyada ticarət mərkəzində bıçaqlanma olub


Finlandiyanın Tampere şəhərindəki “Ratina” ticarət mərkəzinin yaxınlığında bıçaqlı hücum olub. SİA Finlandiya polisinin açıqlamasına istinadla xəbər verir ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə hələlik məlumat verilmir.

Təxminən 20 yaşlarında olan hücum edən şəxs hadisə yerində polislər tərəfindən saxlanılıb.

Bıçaqlı hücum ticarət mərkəzinə gələnlərin həyəcanına səbəb olub.

Hadisədən sonra polis ticarət mərkəzini və ona bitişik meydanı mühasirəyə alıb. Axşama yaxın kordon qaldırılıb. Polis hadisənin başvermə səbəblərini araşdırmaqda davam edir və şahid ifadələrini toplayır.

Hücum edənin motivləri və hərəkətlərinin xarakteri hələ ki, məlum deyil.

Əlaqəli Xəbərlər