Keçmiş səfir Trampı tənqid edib…



Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandırmaq qərarını görə…



…Tramp administrasiyasının Ukraynaya hərbi yardımı, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raketləri dayandırmaq qərarı təkcə Kiyev üçün zərərli deyil. Bu həm də Amerika Birləşmiş Ştatlarının zəifliyindən xəbər verir ki, bu da Vaşinqtonun əleyhdarlarına təsirsiz ötüşməyəcək.

SİA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Ukraynadakı keçmiş səfiri (1998-2000) Stiven Payfer “Ukrinform”a açıqlamasında deyib.

O, hazırda Stanford Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin əməkdaşı və Brukinqs İnstitutunda baş elmi işçidir.

Ümumiyyətlə, Payfer Tramp administrasiyasının bu addımını səhv adlandırıb.

…Tramp administrasiyasının Ukraynaya silah tədarükünü kəsmək qərarı son dərəcə yanlışdır.

Keçmiş baş diplomatın dediyinə görə, Ağ Ev başa düşmür ki, Moskva Ukraynaya qarşı neo-imperialist müharibəsində qalib gəlsə, “Rusiya Avropaya və ABŞ-ın həyati təhlükəsizlik maraqlarına daha böyük təhlükə yaradacaq. Bu qərar həm də digər potensial Amerika düşmənləri üçün zəiflikdən xəbər verir”, – deyə keçmiş səfir yekunlaşdırıb.

Əli Babayev

Əlaqəli Xəbərlər