Danimarkanın baş naziri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı vəd verib


Danimarka Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını təmin etmək üçün əlindən gələni edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Tagesschau xəbər verir ki, bunu ölkənin baş naziri Mette Frederiksen deyib.

…Danimarka sədrliyi Ukraynanın Avropa İttifaqına daxil olması yolunda mümkün olan hər şeyi edəcək.

Bunu baş nazir qeyd edib.

Frederiksenin sözlərinə görə, Kiyev artıq “Avropa Birliyinin bir hissəsidir”.

Siyasətçi əmin edib ki, Danimarka Ukraynaya hərbi dəstəyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar hazırlamaq niyyətindədir.

Bundan əvvəl Frederiksen Avropanın təhlükəsizliyinin Danimarkanın Avropa İttifaqı Şurasına sədrliyinin mərkəzi mövzusu olacağını bildirmişdi.

Əli Babayev

Əlaqəli Xəbərlər