“Böyük Qayıdış” prosesi artıq təxminən üç ildir ki, gündəmdədir və olduqca ciddi şəkildə həyata keçirilir. Məlumdur ki, 30 illik işğal dövründə ərazilərimiz həm minalanma, həm də infrastrukturun tamamilə məhv edilməsi baxımından ciddi zərər görmüşdü. Demək olar ki, həmin torpaqlarda həyat tamamilə dayanmışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti əraziləri işğaldan azad etdikdən sonra ilk növbədə yol infrastrukturunun qurulmasına başladı. Lakin bundan öncə həmin ərazilərin minalardan təmizlənməsi — yəni təhlükəsiz hala gətirilməsi istiqamətində işlər aparıldı ki, bu da son dərəcə vacib bir mərhələdir: “Çünki məlumdur ki, orada demək olar ki, hər qarış torpaq minalanıb və bu, ciddi təhlükə yaradır. Hazırda mina təmizləmə prosesi davam etdirilir, eyni zamanda yollar salınır, təsərrüfat infrastrukturu bərpa olunur, kənd və qəsəbələr yenidən qurulur. Bu yaşayış məntəqələri, demək olar ki, yer üzündən silinmiş vəziyyətdə idi. Mən özüm də Uşaqlar kəndində, Xocalıda və Xocavənd rayonunun müxtəlif ərazilərində olmuşam, vəziyyəti yerində görmüşəm. Azərbaycan dövləti bu ərazilərdə həm müasir standartlara cavab verən yollar çəkir, həm də ümumi yenidənqurma işlərini həyata keçirir. Artıq 20 mindən çox məcburi köçkün öz doğma yurduna qayıdıb və bu proses mərhələli şəkildə davam edir. Hesab edirəm ki, yaxın illərdə daha çox insan öz ata-baba torpaqlarına dönəcək. Ola bilər ki, qısa müddətdə bütün nəticələr əldə olunmasın, amma inamımız böyükdür ki, bu proses həm sürətli, həm də sistemli şəkildə irəliləyəcək.
“Böyük Qayıdış” prosesi artıq təxminən üç ildir ki, gündəmdədir və olduqca ciddi şəkildə həyata keçirilir. Məlumdur ki, 30 illik işğal dövründə ərazilərimiz həm minalanma, həm də infrastrukturun tamamilə məhv edilməsi baxımından ciddi zərər görmüşdü. Demək olar ki, həmin torpaqlarda həyat tamamilə dayanmışdı.
Azərbaycan dövləti əraziləri işğaldan azad etdikdən sonra ilk növbədə yol infrastrukturunun qurulmasına başladı. Lakin bundan öncə həmin ərazilərin minalardan təmizlənməsi — yəni təhlükəsiz hala gətirilməsi istiqamətində işlər aparıldı ki, bu da son dərəcə vacib bir mərhələdir. Çünki məlumdur ki, orada demək olar ki, hər qarış torpaq minalanıb və bu, ciddi təhlükə yaradır. Hazırda mina təmizləmə prosesi davam etdirilir, eyni zamanda yollar salınır, təsərrüfat infrastrukturu bərpa olunur, kənd və qəsəbələr yenidən qurulur. Bu yaşayış məntəqələri, demək olar ki, yer üzündən silinmiş vəziyyətdə idi. Mən özüm də Uşaqlar kəndində, Xocalıda və Xocavənd rayonunun müxtəlif ərazilərində olmuşam, vəziyyəti yerində görmüşəm.
Azərbaycan dövləti bu ərazilərdə həm müasir standartlara cavab verən yollar çəkir, həm də ümumi yenidənqurma işlərini həyata keçirir. Artıq 20 mindən çox məcburi köçkün öz doğma yurduna qayıdıb və bu proses mərhələli şəkildə davam edir. Hesab edirəm ki, yaxın illərdə daha çox insan öz ata-baba torpaqlarına dönəcək. Ola bilər ki, qısa müddətdə bütün nəticələr əldə olunmasın, amma inamımız böyükdür ki, bu proses həm sürətli, həm də sistemli şəkildə irəliləyəcək”.