Luqanskın keçmiş meri şəhərin mərkəzindəki partlayışda həlak olub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib.
Nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb. İlkin məlumata görə, ölən Luqanskın keçmiş meri Manolis Pilavovdur. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, M.Pilavov 2014-2023-cü illərdə şəhərin meri olub.