“NATO-nun Baltik dənizindəki hərəkətləri fonunda Rusiya öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür”. SİA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Bu region kəskin hərbi rəqabət zonasına çevrilib, bu, çox təhlükəli haldır. Hamıya məlumdur ki, biz öz təhlükəsizliyimizi və müdafiəmizi təmin etmək üçün bütün lazımi tədbirləri görürük”, – diplomat bildirib.
Qruşko əlavə edib ki, Silahlı Qüvvələrin iki yeni hərbi dairəsi yaradılıb, Rusiya və Belarus üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalanıb və qüvvəyə minib:
“Bu saziş Belarus ərazisində nüvə silahının yerləşdirilməsini nəzərdə tutur, donanmanın və sahil müdafiəsinin imkanları gücləndirilir. Biz tam silahlanacağıq və NATO-nun Baltikyanı region (Latviya, Litva və Estoniya – red.), şimal istiqamətindən qüvvə çıxarmasına imkan verməyəcəyik”.