Ölkədə 444 nəfər uşaq evində yaşayır


“Hazırda ölkədə 444 nəfər uşaq evində yaşayır”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 1077 nəfər nazirliyin tabeliyinə verildikdən sonra onlara sosial xidmətlər göstərilib: “Bundan başqa hazırda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb”.

Əlaqəli Xəbərlər