Paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 4,7 faiz artıb


Cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13 milyard 761,5 milyon manat olub. Bakı şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 faiz artaraq 7 milyard 508,1 milyon manata, qeyri-ərzaq malları isə 3,8 faiz artaraq 6 milyard 253,4 milyon manat təşkil edib.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3 faiz artıb.

İstehlak məhsullarının 39,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Əlaqəli Xəbərlər