Fələstin Administrasiyası beynəlxalq ictimaiyyətə çağırış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Administrasiyası beynəlxalq ictimaiyyəti İsrailin işğal olunmuş İordan çayının qərb sahilində yüzlərlə hektar ərazini ələ keçirmək qərarının qarşısını almaq üçün müdaxilə etməyə çağırıb. Fələstin Xarici İşlər Nazirliyi İsrailin Hebronun cənubundakı Masafir Yatta bölgəsində yüzlərlə hektar ərazini ələ keçirmə qərarı ilə bağlı yazılı açıqlama verib. Bəyanatda, Masafir Yattada yüzlərlə hektar ərazinin və yolların ələ keçirilməsini nəzərdə tutan qərarın bütün bölgəyə “təhlükəli” təsirləri olacağı və bu addımın Qərb Şəriyənin ilhaqı planının bir hissəsi olaraq bölgə sakinlərinin çıxarılması və İsrail yaşayış məntəqələrinin genişləndirilməsi məqsədi daşıdığı qeyd edilib.
Açıqlamada torpaqların ələ keçirilməsi qərarı ilə Masafirdə kəndlər arasında əlaqələrin kəsiləcəyi, vətəndaşların əkinçilik sahələrinə və otlaqlara getməsinin qarşısı alınacağı, İsrail yaşayış məntəqələri arasında əlaqənin qurulacağı bildirilib.