Krımın başçısını öldürmək istəyirmiş..?


…Məhkəmə Krımın rəhbəri Sergey Aksyonova sui-qəsddə təqsirli bilinən Vladimir Bodnarı 13 il müddətinə azadlıqdan məhrum edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Məhkəmə müəyyən edib ki, Bodnar könüllü olaraq mütəşəkkil dəstəyə qoşulub və cinayətdə şəriklər tapmalı olub.

24 fevral 2022-ci il və 8 may 2023-cü il tarixləri arasında o, Zaporojya bölgəsində olub və bir qadın taparaq ona yaxın planları haqqında danışıb.

Eyni zamanda o, Krımın başçısına qarşı casusluq edirdi və onu partlatmaq üçün maşınında bomba gizlədibmiş.

O, terror aktı törədilməzdən əvvəl saxlanılıb.

Əli Babayev

Əlaqəli Xəbərlər