İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi


İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda “İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Sessiya zamanı Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul edilməsi xüsusilə əlamətdar hadisə hesab olunur. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur. Həmçinin, Ermənistan tərəfindən İcmanın hüquqlarının inkar olunması qınanılır. SİA mövzu ilə bağlı videomaterialı təqdim edir.

Əlaqəli Xəbərlər