…Rusiyanın Kirov vilayəti üzrə İstintaq Komitəsi 14 yaşlı yeniyetməni 10 yaşlı uşağı öldürməkdə şübhəli bilir.
SİA-nın məlumatına görə, mesaj departamentin Telegram kanalında dərc olunub.
…Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri zamanı ölümdə 14 yaşlı yeniyetmənin iştirakı müəyyən edilib, – deyə məlumatda vurğulanıb.
Qeyd olunduğu kimi, iyunun 21-də 10 yaşlı uşağın itkin düşməsi barədə istintaq orqanlarına məlumat daxil olub.
Bir müddət sonra əməliyyat-axtarış tədbirləri zamanı uşaq Prosnitsa stansiyası yaxınlığındakı meşəlik ərazidə tapılıb. Onun üzərində bıçaq yaralarının izləri olub.
Hazırda yeniyetmə müstəntiq tərəfindən saxlanılıb, ona qarşı ittiham irəli sürülməsi və həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalar davam edir.
…Bundan əvvəl Tomskda tibb müəssisəsindən iki uşaq itkin düşüb. Söhbət 6 yaşlı bacı və 11 yaşlı qardaş Yuliya Aleşkova və Nikolay Bulatovdan gedir.
Nazlı Almuradova