Britaniya ABŞ-ın İrana hücumunda iştirak etməyib


Böyük Britaniya ABŞ-ın İrana hücumunda iştirak etməyib. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət üzrə dövlət naziri Conatan Reynolds “Sky News“a bildirib.

Conatan Reynolds Britaniya hökumətinin ABŞ-ın İrana hava zərbələri endirmək planlarından xəbərdar olduğunu, lakin hərbi əməliyyatda iştirak etmədiyini deyib.

“Mən sizə dəqiq nə vaxt bildiyimizi deyə bilmərəm, amma gözlədiyiniz kimi bu addım haqqında əsas müttəfiqimiz tərəfindən məlumatlandırıldıq”, – Reynolds qeyd edib.

O həmçinin vurğulayıb ki, ABŞ tərəfindən Böyük Britaniyaya Hind okeanındakı “Dieqo Qarsiya” hərbi bazasından istifadə ilə bağlı heç bir rəsmi tələb daxil olmayıb.

Əlaqəli Xəbərlər