Tramp xalqa müraciət edəcək


Ağ Ev ABŞ-ın aparıcı televiziya şəbəkələrini prezident Donald Trampın xalqa qarşıdakı müraciəti barədə məlumatlandırıb. SİA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb. Çıxışın mövzusu və vaxtı hələ məlum deyil. Bəyanatın ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı nüvə obyektlərinə son zərbəsi ilə bağlı olacağı gözlənilir. “Fox News”un müxbiri Lukas Tomlinson “X”sosial şəbəkəsindəki səhifəsində yazıb ki, müraciət Şərq vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 06:00) başlayacaq.

İyunun 22-nə keçən gecə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini bildirib.

Əlaqəli Xəbərlər