Türkiyə İƏT-in potensialını ortaya qoymaq üçün lazımi addımlar atır


Türkiyə İƏT-in potensialını ortaya qoymaq üçün lazımi addımlar atır və atmağa davam edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında danışıb.

O qeyd edib ki, üzv ölkələrin mövqeyinin artırılması istiqamətində işlər görülür.

Nazir İsrailin İrana hücumundan da söz açaraq bu gərginliyi qınadığını vurğulayıb: “Beynəlxalq hüququn işi gərginliyin genişlənməsinin qarşısını almaq olmalıdır. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində gərginliyi azaltmaq yolunda işlər görür”.

Əlaqəli Xəbərlər