İsrail-İran müharibəsinin 9-CU GÜNÜ…


İsrail-İran münaqişəsinin 9-cu günüdür. SİA xəbər verir ki, iyunun 13-də İsrailin İrana hücumu ilə başlayan münaqişə qarşılıqlı hava hücumları ilə davam edir.

Xarici KİV-in məlumatına görə, İsrail ordusu İran ərazisinə yeni silsilə hava zərbələri endirdiyini elan edib.

“Times of Israel”in məlumatına görə, İsrail Ordusu gecə atəşindən sonra İranın raket proqramı ilə əlaqəli obyektlərinə zərbələr endirib.

İsrailin İranın Qum şəhərinə endirdiyi zərbə nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. “Jerusalem Post” xəbər verir ki, qurbanlardan ən azı birinin İranın nüvə proqramında işlədiyi güman edilir.

Digər məlumata görə, İranın PUA komandanı Əminpur Cudəki öldürülüb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz teleqram kanalında məlumat verib ki, İsrail Daxili İşlər Nazirliyinin binasına hücum edilib. Zərbə İsrailin Tehrandakı təhlükəsizlik obyektinə hücumuna cavab olaraq endirilib, dağıntılar var.

Əlaqəli Xəbərlər