İsrail və İranın qarşılıqlı hava hücumları davam edir


İsrail ordusu iyunun 20-də İran Müdafiə Nazirliyinin hərbi təlimlər üçün yeni texnologiyaların hazırlanması ilə məşğul olan Müdafiə İnnovasiyaları və Araşdırma Təşkilatının (SPND) qərargahını bombaladığını bildirib. SİA xəbər verir ki, İsrail hərbçiləri İrandakı onlarla hərbi obyektə, o cümlədən Tehran ətrafında yerləşən bir neçə raket istehsalı müəssisəsinə hücum ediblər. “Bu müəssisələr illərdir inkişaf etdirilib və İran Müdafiə Nazirliyi üçün əsas sənaye mərkəzi olub”, -deyə bəyanatda bildirilir.

Bu arada, İsrailin Magen David Adom (MDA) təcili xidmətinin verdiyi məlumata görə, cümə günü səhər İrandan atılan raket Negev səhrasının cənubundakı Beyerşeva şəhərinə düşüb. Nəticədə beş nəfərin yüngül xəsarət aldığı bildirilir. “Raket Negev səhrasında vurulduqdan sonra yaşayış binalarının yanına düşüb. Altımərtəbəli bina dağılıb və yaxınlıqdakı mənzillərə də ziyan dəyib”, -deyə MDA-nın bəyanatında qeyd olunur.

İyunun 13-də İsrail “Şir kimi xalq” əməliyyatının başladığını elan edib. Bu ölkənin ordusu İranın nüvə obyektlərinə zərbələr endirib və əsas nüvə alimlərini öldürdüyünü bildirib. İsrail hakimiyyəti genişmiqyaslı əməliyyata səbəb kimi İranın nüvə silahı istehsal etməsini göstərib.

Əlaqəli Xəbərlər