İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı sui-qəsdin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən RT məlumat yayıb. İran XİN rəhbərinin müşaviri hadisənin bir neçə gün əvvəl Tehranda baş verdiyini iddia edir. Sui-qəsd cəhdi ilə bağlı hər hansı məlumat açıqlanmayıb.