İsrail İranın nüvə reaktoruna zərbələr endirir


İranın Ərak şəhərində nüvə reaktoru və kompleksin yaxın əraziləri İsrailin zərbələrindən sonra zədələnib. SİA xəbər verir ki, bu barədə BBC Rus Xidməti “Maxar Technologies”in peyk görüntülərinə istinadla məlumat yayıb. Bildirilib ki, reaktorun günbəzi zədələnib, strukturun yuxarı hissəsində dəlik müşahidə olunub. Kompleksin bir neçə qülləsi və digər obyektləri də zədələnib. Münaqişənin hər iki tərəfinin Ərakda baş verən zərbə faktını təsdiqlədiyi vurğulanır. Bundan əvvəl Axios mənbələrə istinadən xəbər verib ki, ABŞ İranın Fordodakı nüvə obyektini dünyanın ən güclü qeyri-nüvə bombası ilə vura bilər.

Əlaqəli Xəbərlər