Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.