5 ayda 198 minə yaxın “ASAN İmza” sertifikatı verilib


Bu ilin yanvar-may aylarında Azərbaycanda 197 724 “ASAN İmza” elektron imza sertifikatı verilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.

Hesabat dövründə “ASAN İmza”lar 131 490müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 13,1 % azdır.

“ASAN İmza” elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.

Əlaqəli Xəbərlər