Amerika prezidenti Donald Tramp və Rusiya lideri Putin arasında aparılan danışıqlar çoxlu suallar doğurur. Bununla belə, Kremlin hələ də müharibəni bitirmək niyyəti yoxdur.
SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin jurnalistlərlə söhbəti zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
…Hesab edirəm ki, bu komandalar (Tramp və Putin, – red.) arasında çox isti söhbət olub. Prezident Trampa dialoqun necə aparılacağını deyə biləcəyimi düşünmürəm. O, ABŞ tərəfindən seçilən prezidentdir. O, istədiyini edə bilər. Amma mənim mövqeyim həmişə belə olub ki, bu, ikitərəfli münasibətdir, lakin mən hesab edirəm ki, Putin müharibəni bitirmək istəmir. Və sonda Trampı aldadacaq. Siz bunu görəcəksiniz. Bunu hamı, bütün dünya görəcək.
Bunu Zelenski vurğulayıb.
O, izah edib ki, rus lideri yalnız güclü təzyiq altında olarsa, bəzi deeskalasiya addımlarına hazırdır.
…Başqa yolu yoxdur. Ona görə də öz aralarında nə danışdıqlarını bilmirəm. Amma prezident kimi məni Ukrayna məsələsi maraqlandırır. Hesab edirəm ki, Ukraynasız Ukraynadan danışmaq düzgün deyil. Hesab edirəm ki, Ukrayna haqqında danışmaq və bəzi məsələləri bizsiz həll etmək ədalətsizlikdir, – deyə prezident yekunlaşdırıb.
Əli Babayev