ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstan və Özbəkistana səfər edəcək


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 10-11 iyun tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcək. SİA Finlandiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi Asiyaya ilk səfəridir.

Səfərin məqsədi regionda ATƏT-in tərəfdaşlığını gücləndirməkdir.

“Səfər zamanı Finlandiyanın xarici işlər naziri Qazaxıstan və Özbəkistan rəhbərliyi, həmçinin ATƏT-in sahə missiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Valtonen həmçinin Daşkənddə universitetə baş çəkəcək və tələbələr qarşısında çıxış edəcək”, – XİN-in məlumatında bildirilib.

Əlaqəli Xəbərlər