Münxendə insanlara bıçaqla hücum edərək bir neçə nəfərə xəsarət yetirən şəxs polisin atəşi nəticəsində zərərsizləşdirilib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, saat 20:00 radələrində ənənəvi Oktoberfestin keçirildiyi ərazidə bir qadın bıçaqla hücum edərək iki nəfərə xəsarət yetirib. Hadisə yerinə gələn polis əməkdaşı hücumun qarşısını almaq üçün xidməti silahdan istifadə etməli olub. Polis əməkdaşının atəşi nəticəsində həmin qadın ağır yaralanıb. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Münxen polisinin xüsusi əməliyyat qrupu və kriminal polis hadisə yerinə cəlb olunub. Ərazi hərəkət üçün bağlanıb və genişmiqyaslı istintaq tədbirləri həyata keçirilib.
İlkin məlumata görə, hücumu törədən şəxsin psixoloji problemləri olduğu bildirilir.