Putin Rusiya xalqlarının dilləri gününün təsis edilməsini təklif edib…


…Prezident Vladimir Putin Rusiyada yeni anım gününün – Xalqların dilləri gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.

SİA-nın məlumatına görə, dillər gününün sentyabrın 8-də Rəsul Həmzətovun doğum günündə qeyd olunması təklif olunur.

Qeyd edək ki, Vladimir Putin bunu iyunun 5-də rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə Şuranın iclasında deyib. Dövlət başçısı hər il sentyabrın 8-də görkəmli sovet şairi Rəsul Həmzətovun doğum gününün yeni anım gününün qeyd olunmasını təklif edib.

…Mən Rusiya xalqlarının dilləri gününün təsis edilməsini və hər il sentyabrın 8-də Rəsul Həmzətovun doğum günündə qeyd olunmasını təklif edirəm.

Bunu deyən Rusiya prezidenti xatırladıb ki, məşhur “Durnalar” poemasının müəllifi iki dili öz doğma dilləri hesab edir: yazdığı avar dilini və yaradıcılığının bütün dünyada tanındığı rus dilini…

Putinin sözlərinə görə, Rusiyada rəsmi olaraq ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin istifadə etdiyi 270-dən çox dil və dialekt var.

O, bu mədəni və linqvistik müxtəlifliyin dəstəklənməsi və qorunub saxlanmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, rus ədəbiyyatının görkəmli nümayəndələri ilə bağlı belə tarixlərin qeyd edilməsi rus dilinin və ədəbiyyatının həm ölkədə, həm də xaricdə təbliği üçün mühüm vasitədir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər