Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi təşkil edillib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Bakı Marionet Teatrı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi təşkil edilib.

SİA xəbər verir ki, tədbirin məqsədi həssas kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdən ibarətdir.

Tədbir çərçivəsində Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar “Qız qalası” təsvirini canlandırıb, marionet sənəti ilə tanış olub və öz fantaziyalarına uyğun rəsmlər çəkiblər.

Əlaqəli Xəbərlər