İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib


İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzza zolağına yerləşdirib. SİA xəbər verir ki, barədə “The Times of Israel” məlumat yayıb. Hazırda anklavda Givati, Qolani, Kfir, Nahal briqadalarının bölmələri, paraşütçülər, komandolar, 7-ci, 188-ci və 401-ci tank qoşunları, həmçinin müəyyən sayda ehtiyatda olanlar var. Qeyd olunur ki, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmləşib. Bundan əvvəl İsrail ordusu Qəzzada “Gideonun arabaları” adlı yeni genişmiqyaslı quru əməliyyatı çərçivəsində beş briqadanın fəaliyyət göstərdiyini bildirmişdi. “The Times of Israel”in məlumatına görə, onların sayı on minlərlə əsgərdir. Xatırladaq ki, mayın 18-də İsrail Ordusu “Gideonun cəng arabaları” genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub rayonlarında döyüş əməliyyatlarına başladığını elan edib. Həmin gün İsrail Baş naziri Benyamin Netanyahunun ofisi anklavda aclığı qabaqlamaq üçün Qəzza zolağı ərazisinə “baza səviyyədə” ərzağın gətirilməsinə icazə verəcəyini bildirib.

Əlaqəli Xəbərlər