Azərbaycan Qiymətləndiricilər Palatası ABA ilə İşçi Qrupu yaradır


Azərbaycanda qiymətləndirmə sənədlərinin standartlaşdırılması və proseslərin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə birgə forma və sənədlərin hazırlanaraq tətbiqi nəzərdə tutulur. Bu barədə SİA-ya Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib. Bununla bağlı qərar AQP ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında keçirilən əməkdaşlıq görüşündə qəbul edilib.

Görüş zamanı qiymətləndirmə fəaliyyəti çərçivəsində bank sektoru ilə qarşılıqlı əməkdaşlıqda müşahidə olunan mövcud çətinliklər və onların aradan qaldırılması üçün atıla biləcək addımlar nəzərdən keçirilib.

Palata və Assosiasiya tərəfindən qiymətləndirmə sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə İşçi Qrupun yaradılması barədə razılıq əldə edilib.

Tərəflər həmçinin qiymətləndirmə proseslərinin daha effektiv və şəffaf şəkildə həyata keçirilməsi üçün Elektron Portalın tətbiqinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə koordinasiyalı fəaliyyətin gücləndirilməsi barədə razılığa gəliblər.

Əlaqəli Xəbərlər