“İran İsraili istənilən tələsik addımlara qarşı xəbərdar edir və bəyan edir ki, onun tərəfindən istənilən təhdid və ya pozuntular qəti şəkildə cavablandırılacaq”. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı BMT baş katibinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərinə ünvanladığı məktubunda deyib. “Biz həmçinin əminik ki, İsrail İslam Respublikasının nüvə obyektlərinə hücumu halında ABŞ hökuməti bu hücumda şərik olacaq və buna görə hüquqi məsuliyyət daşıyacaq”, – deyə İran XİN rəsmisi bildirib.