Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Bakı Metropoliteni” ilə əməkdaşlığı çərçivəsində əhalinin daha çox istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən SİA-ya verilən məlumata görə, metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir.

Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Əlaqəli Xəbərlər