Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyevlə görüşüb. SİA-nın məlumatına görə, bu barədə səfir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Fuad Nağıyevlə məhsuldar görüşümüz oldu. Ukrayna və Azərbaycan turizm sahəsində əlaqələri möhkəmləndirir. Qarşıda yeni üfüqlər gözləyir!”, – o bildirib.