Azərbaycan Prezidentinin iqlim üzrə nümayəndəsi AIF2025-də iştirak edəcək


Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 29-30 may tarixlərində “Ağılları birləşdirərək gələcəyin formalaşdırılması” mövzusunda Astana Beynəlxalq Forumunda (Astana International Forum, AIF2025) iştirak edəcək. Bu barədə SİA-ya Azərbaycanın Astana şəhərindəki səfirliyindən məlumat verilib.

AIF2025-də dünya liderləri, ekspertlər və biznes nümayəndələri bir araya gələcəklər, xüsusilə Ruanda Prezidenti Pol Kaqame, Şimali Makedoniya Prezidenti Qordana Silyanovskaya-Davkova, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin iştirakı gözlənilir.

Tədbirin Təşkilat Komitəsinin məlumatına görə, forumda əsas diqqət dörd tematik sahəyə yönəldiləcək: “Xarici siyasət və təhlükəsizlik”, “Beynəlxalq inkişaf və dayanıqlılıq”, “Energetika və iqlim”, “İqtisadiyyat və maliyyə”.

Əlaqəli Xəbərlər