Roma Papası XIV Leo vəzifəsinin icrasına başlayıb


Roma Papası XIV Leo, papalıq hakimiyyətinin simvolları olan “balıqçı üzüyü” və xaçlarla bəzədilmiş yun lent – pallium ilə təltif olunub. Bu qədim mərasim 267-ci Roma Papasının pontifikat dövrünün rəsmi başlanğıcını simvolizə edib. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

İnauqurasiya messasına, hansı ki papalı xütbə, “Səmavi Kraliça” duası və mübarək duala başa çatıb, şəxsən XIV Leo rəhbərlik edir. Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bildirdiyinə görə, meydana 150 minə yaxın inanan toplaşıb. Həmçinin 150-dən çox xarici ölkə nümayəndə heyəti, monarx ailələrinin üzvləri və dini konfessiyaların nümayəndələri iştirak edir. Xristian konfessiyalarla yanaşı, müsəlman, yəhudi, hindu və buddist icmalar da təmsil olunur.

Hazırkı Roma-Katolik Kilsəsinin rəhbəri bu ilin 14 sentyabrında 70 yaşını tamamlayacaq. Papa özü bəyan edib ki, Müqəddəs Pyotr taxtında xidmətinin mərkəzində rəqəmsal inqilab fonunda sosial ədalət məsələləri və münaqişələrin həlli dayanacaq.

Xütbəsində XIV Leo kilsə birliyinə çağırış edib və bu birliyi sülh içində birgəyaşayışın əsası adlandırıb. “Bu gün də biz çoxlu ixtilaflara, nifrətin, zorakılığın, stereotiplərin, digər insanlara qarşı qorxunun, Yer kürəsinin resurslarını istismar edən və kasıbları kənarda qoyan iqtisadi modellərin doğurduğu yaralara şahidlik edirik,” – deyə o bildirib.

Əlaqəli Xəbərlər