Polşada prezident seçkilərinin birinci turu keçiriləcək. SİA xəbər verir ki, qalib gəlmək üçün namizəd seçicilərin mütləq səs çoxluğunu (50% + 1 səs) almalıdır. İkinci turun iyunun 1-nə keçirilməsi nəzərdə tutulub. Demək olar ki, 29 milyon seçici qeydə alınıb, 32 min seçki məntəqəsi açılacaq. 500 000-dən çox polyak xaricdə 511 seçki məntəqəsində səs verə biləcək. Polşada seçki məntəqələri mayın 18-də saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılacaq və 21:00-da (Bakı vaxtı ilə 23:00) bağlanacaq.