Ötən ay 22 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib


Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 22 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib. Bu barədə SİA-ya Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.

Əlaqəli Xəbərlər