…Deməli, məlum olduğu kimi, Zelenski ilə Putinin görüşü baş tutmadı. Maraqlıdır rus rəhbəri nə istəyir?
Belə görünür ki, Vladimir Putin nəyin bahasına olursa olsun Ukraynada müharibəni davam etdirmək əzmindədir.
SİA-nın məlumatına görə, bu barədə “The Times” yazır. …Putinin danışıqlarda iştirak etməmək qərarı çox güman ki, onun Zelenski ilə görüşməkdə maraqlı olmadığına dair gizli işarə idi, yəni onun təslimiyyətini qəbul etmək..?
Məqalədə belə deyilir.
Nəşrin yazdığına görə, Putin Avropa liderlərinin Moskvaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya silah tədarükünü artırmaqla bağlı təhdidlərindən narahat deyil.
…Əslində, Türkiyədə Putinlə Zelenski arasında aparılan şəxsi danışıqların belə davamlı atəşkəsə gətirib çıxara bilməsi mümkün deyildi, hətta müharibənin dayandırılmasına dair razılaşma olsa belə… Rusiyanı 25 ildir idarə edən keçmiş KQB zabiti Putinin Ukraynanı fəth etmək kimi tarixi missiyasından geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur.
Bunu da müəllif yazır.
Trampın uğursuz görüşə necə cavab verəcəyi məlum deyil.
…O, Putini sülh fürsətini məhv etməkdə günahlandıracaq? Yoxsa Rusiya nümayəndə heyəti ilə danışıqlar masasına oturmaqdan imtina etsə, yenidən qəzəbini Zelenskiyə çevirəcək?.
Bunu da nəşr əlavə edir.
Əli Babayev