Azərbaycan Türküstanda Yasəvi irsinə həsr edilmiş forumda təmsil olunur


Qazaxıstanın Türküstan şəhərində “Zamanlar və mədəniyyətlər dialoqunda Yasəvi irsi: humanist istiqamətlər və müasir çağırışlar” mövzusunda beynəlxalq simpozium keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ikigünlük konfransda Qazaxıstan, Azərbaycan, Almaniya, İran, İtaliya, Qırğızıstan, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Yaponiyadan 100-ə yaxın alim iştirak edir.

Simpoziumun proqramına elmi məruzələr, müzakirələr və Yasəvi irsinin müxtəlif aspektlərini əhatə edən üç mövzu üzrə təcrübə mübadiləsi daxildir.

Xoca Əhməd Yasəvi (1093–1166) mütəfəkkir, şair və dini təbliğatçı, türk sufi təriqətinin banisi hesab olunur.

Əlaqəli Xəbərlər