“Azərbaycanda yaşıl enerji ilə bağlı çoxlu işlər görülür”


“Azərbaycanın bəzi bölgələrində, şimal bölgəsində və Quba-Qusar zonasının düzənlik hissələrində geniş günəş panelləri quraşdırılıb. Amma bu panellər kənd təsərrüfatına yararlı torpaqların bir hissəsini tutur”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, panellər 1-3 metr hündürlükdə quraşdırılsın ki, altından heyvandarlıq və əkinçilik üçün istifadə mümkün olsun: “Çünki Azərbaycanda adambaşına düşən torpaq sahəsi çox azdır.

Külək enerjisinə gəldikdə isə xüsusilə Abşeron yarımadası külək üçün əlverişli zonadır. Burada həm şimaldan, həm qərbdən gələn hava kütlələri külək turbinləri üçün əlverişlidir. Xəzərin 825 kilometrlik sahil zolağı enerjidən istifadə üçün böyük imkanlar yaradır.

Son olaraq, su ehtiyatlarından danışım. Azərbaycanda yaz və qış-yaz dövründə çoxlu yağıntılar olur. Bu dövrdə çaylarda axın güclənir. O suların qarşısını almaq üçün çayların üzərində su anbarları tikilməlidir. Məsələn, Axsu çayı üzərində 30 milyon kubmetrlik su anbarı planlaşdırılır. Yayda isə bu sular kənd təsərrüfatı üçün istifadə oluna bilər. Bəzi hallarda həmin sulardan enerji də almaq mümkündür. Bu sahələr kənd təsərrüfatının, xüsusən heyvandarlığın inkişafında çox vacibdir. Bu imkanlardan səmərəli istifadə olunmalıdır. Hələ də, bu alternativ enerji məsələsi, yaşıl enerjiyə keçid artıq bütün dünyada prioritetdir. Bütün dünya enerji ehtiyaclarını bu prinsip əsasında qarşılamağa çalışır. Burada ən vacib enerji növü günəş enerjisidir. Azərbaycanın yerləşdiyi mülayim iqlim qurşağının təxminən 35-45%-i ölkə ərazisinə düşür, digər hissəsi isə subtropik zonaya daxildir. Günəş enerjisi baxımından böyük potensialımız var.

Külək enerjisi baxımından da imkanlar genişdir – xüsusən Naxçıvan, Ceyrançöl, Samux-Dəvəçi kimi bölgələrdə, bu ərazilər Azərbaycanın 40%-ni təşkil edir. Bu yerlərdə kvadrat santimetrə 100-120 kilokalori enerji düşür. Bundan əlavə, su ehtiyatlarımız da var və onların hesabına hidroenerji almaq mümkündür. Külək enerjisi də mühümdür – Bakı küləkləri ilə tanınır, 30-40 ildə bir küləkli, sonra yağıntılı dövr olur.

Çoxsaylı enerji potensialımız var. Hazırda ölkənin bir neçə yerində, o cümlədən şimal bölgələrində və Quba-Xaçmaz zonasına yaxın ərazilərdə günəş panelləri quraşdırılıb. Suvarma məqsədilə də enerjidən istifadə olunacaq. Amma günəş panelləri torpaq sahələrini azaldır. Bu, yemçilik və heyvandarlıq üçün problemdir. Ona görə yaxşı olardı ki, panellər 1-3 metr hündürlükdə yerləşdirilsin ki, alt sahədən də istifadə mümkün olsun.

Torpaq ehtiyatına görə adam başına düşən sahə az olduğundan bu vacibdir. Külək enerjisi üçün də Apşeron yarımadası əlverişlidir – Şimaldan və Qərbdən gələn hava axınları küləkləri yaradır. Xəzərin sahili də 825 km uzunluğundadır – bu enerji üçün istifadə oluna bilər.

Digər vacib məqam isə su ehtiyatlarıdır. Yaz və qış-yaz keçid dövrü ən çox yağıntılı dövrdür. Bu zaman axan suları su anbarlarında toplamaq lazımdır. Məsələn, Axçıçay üzərində 30 milyon kub metrlik su anbarı tikilməsi planlaşdırılır. Bu kimi çaylarda toplanan su yayda kənd təsərrüfatı üçün istifadə edilə bilər. Enerji üçün də istifadə edilə bilər, bu texniki məsələdir. Bu su ehtiyatları kənd təsərrüfatı, heyvandarlıq və yemçilik üçün çox vacibdir. Onlardan səmərəli istifadə etməliyik”.

Əlaqəli Xəbərlər