Papa və Vatikan kardinalları nə qədər qazanırlar?





Papanın şəxsi vəsaiti ilə katolik kilsəsinin əmlakını ayırd etmək vacibdir…



…Papa Fransiskin də sələfləri kimi şəxsi gəliri yox idi. Onun aldığı hədiyyələr və ianələr xeyriyyəçiliyə və ya Müqəddəs Taxt-Tacın sərəncamına verilir.

SİA-nın məlumatına görə, bunu RMF yazır.

Adi qonorar əvəzinə Papa hər il simvolik mükafat alır – üç sikkə: bürünc, gümüş və qızıl.

Papanın ölümündən sonra bu sikkələr onun xidmətinin simvolu kimi onun tabutuna qoyulur. Rəsmi olaraq Papanın sərvəti təxminən 16 milyon dollar qiymətləndirilir. Bu aktivlərə beş rəsmi avtomobil və onun vəzifəsi ilə bağlı digər resurslar daxildir.

Katolik kilsəsinin başçısının gündəlik xərclərini Vatikan tam ödəyir.

Buraya yaşayış, nəqliyyat, təhlükəsizlik və tibbi xidmət daxildir.

Papanın öz bank hesabı və ya kredit kartları yoxdur. Amerikanın The Catholic Talk Show proqramının hesablamalarına görə, Papa Fransiskin saxlanmasının illik xərci təxminən 100 min dollar idi.

Bununla belə, Fransis təvazökarlığı ilə tanınırdı – o, dəbdəbəli mənzillərdən, bahalı xalatlardan və qızıl üzükdən imtina edərək daha sadə xidmət simvollarına üstünlük verirdi. O, adi bir tabutda dəfn olunmasını da vəsiyyət edib.

Papadan fərqli olaraq kardinallar və yüksək rütbəli ruhanilər adi maaş alırlar.

Vatikanda bir kardinalın aylıq maaşı 4-5 min avro arasındadır. Papanın şəxsi vəsaiti ilə katolik kilsəsinin əmlakını ayırd etmək vacibdir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər