“Xalqımız ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi”


“Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərin yaşadılmasına, eləcə də Azərbaycanın mədəniyyətinin inkişafına zəmin yaradıb”. SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də Avrasiya regionunda qüdrətli dövlətə çevrilməsinin əsasını Heydər Əliyev qoyub: “Bütün bu işlər Azərbaycançılıq ideologiyasının formalaşmasında misilsiz əhəmiyyət kəsb edir. Təbii ki, xalqımız bütün bunları nəzərə alaraq ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi. Heydər Əliyev xalqın tələbini yerinə yetirərək, həyatını təhlükəyə ataraq bütün məsuliyyəti öz üzərinə götürdü. Heydər Əliyev böyük Zəfər yolunun başlanğıcını qoydu”.

Əlaqəli Xəbərlər