Azərbaycan və Vyetnam arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Bakıda səfərdə olan Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşdə baş tutub.
Tərəflər Vyetnamın İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə də fikir mübadiləsi aparıb.