SOCAR karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verib


Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni bir mərhələyə start verilib. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb.

Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, birinci mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək. Pilot layihədə isə “Qərbi Abşeron” yatağında daxili resurslar hesabına SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq.

Bu məqsədlə, “upstream” sahəsində çalışan bir sıra SOCAR əməkdaşı beynəlxalq şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını uğurla tamamlayıb.

Bununla yanaşı, ehtiyatların hesablanmasını icra edən əməkdaşlar üçün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təşkil olunacaq təlimlərin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Arzu Cavadova transformasiya layihəsinin strateji əhəmiyyətindən danışıb, ehtiyatların idarə olunmasının mərkəzləşdirilmiş qaydada aparılmasının vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər