Polşa marşal Rokossovskinin abidəsinin başını bərpa edir…


Polşanın Leqnitsa şəhərində Sovet İttifaqı və Polşa marşalı Konstantin Rokossovskinin 5 il əvvəl oğurlanaraq vandalizmə məruz qalan abidəsinin başı bərpa edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə KİV Leqnisa şəhər meriyasının mətbuat katibi Qrzeqorz Koçubaya istinadən məlumat yayıb.

Xatırladaq ki, şəhər qəbiristanlığından oğurlanan abidə daha sonra yarıya bölünmüş, başı və gürzsüz halda tapılmışdı. Bərpa olunmuş büst hazırda Mis Muzeyinin anbarında saxlanılır.

Koçubayın sözlərinə görə, abidənin ilkin başını tapmaq mümkün olmadığından muzeyin sifarişi ilə onun yenidən yaradılmasına qərar verilib.

Hazırda abidə muzey ərazisində etibarlı mühafizə altındadır. Onu da xatırladaq ki, bundan əvvəl Polşada ukraynalı millətçilərin abidəsinin üzərindəki yazı dəyişdirilmişdi.

Və bu arada Polşa prezidentliyinə namizəd Braun Avropa İttifaqı bayrağını təhqir edib.

Əli Babayev

Əlaqəli Xəbərlər