İsrail Hizbullahın strateji silah anbarını vurdu


İsrail Müdafiə Qüvvələri Livanın Bekaa bölgəsində Hizbullah hərəkatının strateji silah istehsalı obyektinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsrail ordusu Hizbullahın ərazidə öz mövcudluğunu və fəaliyyətini bərpa etmək cəhdlərini müəyyən edib. Bundan əlavə, Livanın cənubundakı Şrifa bölgəsində Hizbullahın digər hərbi hədəflərinə də zərbələr endirilib.

Əlaqəli Xəbərlər